2018-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilib 960,3 milyon manat vəsaitin 362,7 milyon manatı və ya 37,8 faizi qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən illə müqayisədə 68,0 faiz artıb
Statistika Komitəsindən verilən məlumata görə, ümumi sərmayənin 72,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunan vəsaitin 83,5 faizi məhsul istehsalı obyektlərinin, 11,0 faizi xidmət sahələri üzrə obyektlərin, 5,5 faizi isə ümumi sahəsi 121,0 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 52,1 faizini təşkil edib. Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 81,4 faiz, bank kreditləri 6,7 faiz, büdcə vəsaitləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,2 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,6 faiz təşkil edib.
Digər xəbərlər
loading...