"The Telegraph" yazır ki, yeni araşdırma Valentin gününün daha çox sayda hamiləliyə səbəb olmasını təsdiqləyib
Ekspertlər bu qənaətə gəliblər ki, bu həftə uşağa qalmaların sayı bütün qalan il ərzində olduğundan 5 faiz çox olacaq.
2015-ci ilə aid rəqəmlərə görə, Valentin gününün olduğu həftədə 16 min 263 uşağaqalma qeydə alınıb, bundan bir həftə sonra isə bu rəqəm 16 min 344-ə çatıb.
Nəzərə almaq lazımdır ki, Britaniyada orta həftəlik uşağaqalma rəqəmi 15 min 427-dir.
Bu o deməkdir ki, fevralın ortası uşağaqalmaların sayına görə il ərzində yalnız Milad günündən geri qalır.
Səhiyyə rəsmiləri bildirirlər ki, bu statistika məhəbbətin doğrudan da mövcud olduğunu göstərir.
Lakin burası da var ki, Valentin günündən iki həftə sonra qadınalrın hamilə olması hallarının sayı həftədə 14 min 465-ə düşür.
Rəsmilər bunu da bildirirlər ki, 2018-ci ildə doğulan körpələr proqnozlara görə indiyədək doğulanlardan daha uzun yaşayacaqlar. Proqnozlara görə, bu il doğulan hər üç qızdan biri 100 yaşı haqlayacaq.(musavat.com)
Digər xəbərlər
loading...