“Dağlıq Qarabağ ətrafında gərginlik Ermənistanla Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişəyə səbəb ola bilər”
APA-nın məlumatına görə, bu barədə ABŞ milli kəşfiyyatının direktoru Deniel Kouts tərəfindən Senata təqdim olunmuş “Dünya üzrə təhdidlərin qiymətləndirilməsi” adlı hesabatda deyilir.
Hesabatda qeyd olunur ki, bu münaqişəyə öz regional müttəfiqinə (Ermənistan nəzərdə tutulur) dəstək vermək üçün Rusiya da cəlb oluna bilər: “Hər iki tərəfin kompromisə getmək istəməməsi, kənardan təzyiqin güclənməsi, Azərbaycanın stabil hərbi modernizasiyası və Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər”.
Digər xəbərlər
loading...