XXIII Qış Olimpiya Oyunlarına ev sahibliyi edən Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının (KXDR) yarışlarda iştirak xərclərini qarşılayacaq
“Report” xəbər verir ki, bunun üçün KXDR-lə əməkdaşlıq komissiyasının büdcəsindən 2,86 milyon dollar ayrılıb.
Qərarda bildirilir ki, atılan addımlar Koreya yarmadasında sülhə qapı açır: “KXDR-in nümayəndə heyətinin Oyunlarda iştirakı onların sülhsevər davranışlarını nümayiş etdirmələri, koreyalılar arasında münasibətlərin yaxşılaşdırılması üçün bir fürsətdir və Koreya yarmadasında sülhə qapı açır”.
Qeyd edək ki, 2018-ci ilin əvvəlindən KXDR Cənubi Koreyaya qarşı mülayimlik nümayiş etdirməkdədir.
Digər xəbərlər
loading...