Dramaturq, şair və nasir Cəfər Cabbarlının qızı, Cəfər Cabbarlının ev-muzeyinin direktoru, əməkdar incəsənət xadimi Gülarə Cabbarlı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək
Bu barədə report-a açıqlamasında Gülarə Cabbarlının oğlu Bəhlul Seyfəddinoğlu məlumat verib.
O qeyd edib ki, mərhum saat 14:30-da Mətbuat prospektində yerləşən köhnə müsəlman qəbiristanlığında dəfn olunacaq:
"Neçə vaxt idi ki, ürəyində problemlər var idi. Sırağagün 88 yaşı tamam oldu. Vəsiyyətində xalqa, övladlarına əmin-amanlıq arzu etdi. Deyirdi ki, atam qədər yaşamasınlar, atamın əsərləri qədər ömürləri olsun".
Xatırladaq ki, G.Cabbarlı bu gün vəfat edib.
Digər xəbərlər
loading...