Vergilər Nazirliyi blokçeyn texnologiyasına əsaslanan yanaşmaların tətbiqini öyrənəcək
Bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib.
Nazir vurğulayıb ki, bu, vergi orqanlarının işinin daha yüksək səviyyədə təşkil olunmasına imkan verəcək.
M.Cabbarov əlavə edib ki, Vergilər Nazirliyinin xidmətlər sistemi vergi ödəyicilərinin tələb və gözləntilərinə cavab verməsi məqsədilə təkmilləşdirilməlidir. "Niyyətimiz elə keyfiyyətli elektron xidmətlər sistemi tətbiq etməkdir ki, sahibkarların vergi orqanları ilə canlı təmasları minimuma ensin. Hər bir vergi ödəyicisi istənilən yerdən, istənilən vaxt, istənilən xidmətə çıxış əldə etməlidir".(trend)
Digər xəbərlər
loading...