“Biz komitə iclasında da qanun layihəsindəki əksini tapan və Konstitusiya ilə ziddiyyət təşkil edən məqamlara iradlarımızı bildirdik. Ancaq Valeh müəllim, siz yenə eyni qaydada, dəyişiklik aparmadan bizə qanun layihəsini təqdim etdiniz”
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev “Ələt azad iqtisadi zonası haqqında” yeni qanun layihəsinin parlamentdə müzakirəsi zamanı deyib.
Deputat xatırladıb ki, komitədə qanun layihəsinin müzakirəsi zamanı sədr Valeh Ələsgərov onları “vətənpərvər” adlandırıb: “Ancaq mən özümü həqiqi vətənpərvər hesab edirəm. Buna görə də deməliyəm ki, bu qanunda Konstitusiyamıza zidd maddələr yenə əks olunub. Az qala hər şey ölkə qanunlarından daha üstün hesab olunur. Bu məqamlar ikinci oxunuş üçün mütləq düzəldilməlidir. Azərbaycan vətəndaşlarının yerli məhkəmələrə, o cümlədən Avropa İnsan haqları Məhkəməsinə müraciət etmək hüququ var. Bu qanunda isə belə bir imkan onlara yaradılmayıb”.
Digər xəbərlər
loading...