“Vergi yoxlamalarının kəmiyyətinin deyil, keyfiyyətini artırmalıyıq”
“APA-Economics” xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfransda çıxışı zamanı bildirib.
“Vergi yoxlamalarının sayını azaltmalıyıq və azaldacağıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil. Lakin qanunu pozana qarşı sanksiyaların tətbiq olunması birmənalıdır. Qanun hamı üçün birdir. Kiçik və böyük şirkət olmasından asılı olmayaraq hər kəs vergi qanunlarına əməl etməlidir”, – deyə M.Cabbarov vurğulayıb.
Digər xəbərlər
loading...