Beyləqan rayonunun abadlaşıdırlması üçün dövlət büdcəsindən ayrılan vəsatlərin xərclənməsində ciddi nöqsanların olması ilə bağlı məlumat daxil olub
Məlumatda vurğulanır ki, Beyləqan rayonunda təmir-tikinti işləri ilə bağlı dövlət satınalmaları ilə bağlı keçirilən tenderləri əsasən Ağcabədi rayonundan olan, iş adamı Vüqar Aslanov udur. İş adamına məxsus olduğu deyilən “Veteks-2017” MMC tenderləri necə qazandığı qaranlıq məqamlardan xəbər verir.
Belə ki, 2016-cı ilin noyabrın 11-də dövlət qeydiyyatından keçən, hüquqi ünvanı Beyləqan şəhəri A.Əkbərov küçəsi, ev 24 və nizamnamə kapitalı cəmi on manat olan “Veteks-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq dövlət sifarişlərini yerinə yetirməsi şübhələrə əsas verir.
Qeyd edək ki, rəsmi sənədlərdə “Veteks-2017” MMC-nin təsisçisi Aydın Əligüşad oğlu Qardaşov göstərilir. Amma şirkətin aktiki olaraq Vüqar Aslanovun idarə etdiyi bildirilir. Aydın Qardaşov isə “Veteks-2017” MMC-nin gördüyü işlərə nəzarət edən və cavabdehn şəxslərdən biridir.
Daxil olan məlumat əsasında apardığımız araşdırma zamanı məlum oldu ki, Beyləqan rayonunda çoxmənzilli yaşayış binalarının əsaslı təmir edilməsi məqsədilə 2017-ci ildə “Veteks-2017” MMC-yə 725,500.00 (Yeddi yüz iyirmi beş min beş yüz manat) manat vəsait ayrılıb. Məlumatda iddia edilir ki, Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin “xeyir duası” ilə tenderin qalibi elan edilən “Veteks-2017” MMC-nin gördüyü işlərin böyük hissəsində ciddi nöqsanlar mövcuddur. Bu nöqsanların yaranma səbəbi kimi büdcə vəsaitlərinin MMC-nin üstündən mənimsənilməsi ilə izah oluna bilər. Tendensiya.com-a daxil olan məlumatda iddia edilir ki, Beyləqan şəhərində yerləşən və “Veteks-2017” MMC-nin təmir etdyi yaşayış binalarında işlərin böyük hissəsi görülməyib, “kosmetik” işlər görülüb. Belə ki, Vüqar Aslanovun idarə etdiyi “Veteks-2017” MMC-nin yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi zaman taxta matreallarından demək olar istifadə etmədiyi bildirilir. Halbuki tenderin şərtlərində yeni taxta materiallarının alınması nəzərdə tutulubmuş. Adıçəkilən MMC isə sadəcə olaraq müasir dam örtükləri ilə köhnə örtüklərin ölçüsü arasında fərq olduğu üçün məcburən əlavə taxta materialı vurub.
Məlumatlı mənbənin sözlərinə görə, “Veteks-2017” MMC-nin Beyləqan rayonunda dövlət sifarişi əsasında həyata keçirdiyi işləri müvafiq dövlət qurumları yoxlamalıdır. Çünki ortada ciddi yeyinti faktları var.
İş adamı Vüqar Aslanov və “Veteks-2017” MMC ilə bağl redaksiyamıza daxil olan məlumatları araşdırmaqdayıq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.(Tendensiya.com)
Digər xəbərlər
loading...