Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
Trend-in məlumatına görə, iclasda ilk öncə “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin edilməsi məsələsinə baxacaq.
Daha sonra deputatlar “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” sazişin təsdiq edilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında” sazişin təsdiq edilməsi, o cümlədən “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və digər qanunlara dəyişiklik edilməsi barədə məsələlərə baxacaq.
Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.
Digər xəbərlər
loading...