Tanınmış müğənni Yaqub Zurufçu Vergilər Nazirliyi (VN) yanında Bakı şəhər Lokal Gəlirlər Departamentini məhkəməyə verib
"Report"un xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Y.Zurufçu onunla bağlı sanksiya qərarının qismən ləğv edilməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddia tələbini təmin edib. Qərardan narazı qalan VN-in departamenti apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlanıb.
Nazirliyin departamenti daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Şikayətə Ali Məhkəmədə baxılacaq.
Digər xəbərlər
loading...