“ABŞ-ın ağlını başına yığıması lazımdır”
“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Afrində keçirilən “Zeytun budağı” antiterror əməliyyatı barədə danışarkən deyib.
“Heç bilr bazarlıq etməyəcəyik. Afrini terrorçulardan təçmizləyəcəyik. “Fərat qalxanı” ilə Münbic-Azez arasını terrordan təmizlədiymiz kimi Afrini də terrorçu qruplaşmalardan xilas edəcəyik. Terror bizim üçün ən təhlükəli bəladır. Amerikanın ağlını başına yığması lazımdır. Baş verənlərin dövlət maraqları ilə uyğun gəlmədiyini görməzsiniz, o zaman biz terror təhlükəsini sona çatdırmaq üçün lazım olan addımları atarıq. Heç kimin icazəsinə ehtiyacımız yoxdur. Beynəlxaq hüququn bizə verdiyi bütün səlahiyyətlərdən axıradək istifadə edəcəyik”, - deyə, baş nazir vurğulayıb.
Digər xəbərlər
loading...