Gürcüstanın sabiq prezidenti, hazırda Yeni Qüvvələr Hərəkatı Partiyasına rəhbərlik edən Mixeil Saakaşvilinin ulu nənəsi vaxtilə İosif Stalini çar jandarmlarından xilas edib
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə M.Saakaşvilinin özü "Facebook"dakı səhifəsində britaniyalı rejissor Armando İannuççinin "Stalinin ölümü" filmini şərh edərkən yazıb.
"Ulu nənəm mənə danışardı ki, Stalini atasının evindən çıxarmaqla onu çar jandarmlarından xilas edib. Stalin isə bu yaxşılığın qarşılığında onların mülklərini əllərindən alıb, ulu nənəmin atasını və qardaşını məhv edib", - M.Saakaşvili bildirib.
Digər xəbərlər
loading...