Bazar, 21 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Çovdarovun vəziyyəti kritik həddə


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarov vəkili ilə görüşüb

Bu barədə Trend-ə A.Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib. 

Vəkil bildirib ki, görüş zamanı A.Çovdarovun səhhəti və saxlanma şəraiti ilə maraqlanıb: "Akif Çovdarovun səhhəti kritik həddədir. Onun ürəyi çox pis vəziyyətdədir və həyati təhlükəsi ola bilər. Hazırda o, 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində saxlanılır, həkimlər nəzarət edir. Vəziyyəti pis olmasına baxmayaraq, onun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmək fikri yoxdur".

Qeyd edək ki, ötən il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov 12 il, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Etiket:

loading...