“2017-ci ilin əvvəllərindən neft qiymətlərinin stabilləşməsi Azərbaycan iqtisadiyyatının sabitləşməsinə töhfə verib”
“APA-Economics” xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı dərc etdiyi “İqtisadi diversifikasiyanın perspektivləri” adlı sənəddə qeyd olunub.
Bildirilir ki, bu il iqtisadi artım 1,5% təşkil edəcək. “2018-ci ildə ölkədə tədiyyə balansı ÜDM-in 1%-i olmaqla profisitlə icra olunacaq. Müsbət ÜDM artımı ilə yanaşı tədiyyə balansının profisiti dövlət borcunun sabitləşməsinə yardım edəcək” – deyə sənəddə qeyd olunub.
Digər xəbərlər
loading...