Bakının “İnter” futbol klubu İdman Arbitraj Məhkəməsinə rəsmi müraciət edib. Komandadan "Milli Yol"a verilən məlumata görə, bunun üçün zəruri sənədlər toplanaraq, dünən İsveçrəyə göndərilib.
“İnter”in bu məsələdə hüquqlarını qoruyan şirkət komandanın avrokuboklarda iştirakı və onlara qoyulan qadağanı aradan götürməyə çalışacaq. Məhkəmənin keçirilməsi barədə tarix isə hələ dəqiqləşməyib.
Qeyd edək ki, martın 30-da UEFA İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, “İnter”i növbəti 3 avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində (ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazanacağı halda) iştirak hüququndan məhrum etmişdi. Bu qərara əsasən komandaya apelyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə müraciət etmək hüququ verilmişdi.
Digər xəbərlər
loading...