«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətiinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Qalın bazar günü Amerika Birlləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Herbert Makmasterlə danışıq aparıb
Bu barədə xəbəri xüsusi bəyanatla, Türkiyə prezidentinin dəftərxanası yayıb
Xəbərdə qeyd olunur ki, Qalın-Makmaster görüşünün gedişində «Türkiyə və ABŞ arasında uzunmddətli strateji həmkarlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub». Bundan başqa, tərəflər həm də «bölgədə yaranmış vəziyyət və iki dövlətin qarşılaşdığı strateji çağırışların dəf olunması istiqamətində birgə səylərin göstərilməsi barədə fikir mübadiləsi aparıblar». Qalın və Makmaster ikitərəfli münasibətlərə neqativ təsir göstərən mövzuları, o cümlədən, terrorçuluqla mübarizə məsələsini bütün detallarına qədər analiz ediblər.
ABŞ dövlət katibi Reks Tillersonun yaxın günlərdə Türkiyəyə səfəri də gözlənilir. O, Türkiyə Prezidenti Ərdoğanla və xarici işlər naziri Mövlut Çavuşoğlu ilə görüşəcək.
Məlumdur ki, Türkiyə ABŞ-ın Suriya kürdlərini («Xalq özünümüdafiə qüvvələri»ni) dəstəkləməsindən ciddi şəkildə narahatlıq keçirir. Ankara dəfələrlə bəyan edib ki, Vaşinqton kürd qüvvələrinə silah göndərməklə, səhvə yol verir. Türkiyə tərəfi bu birləşmələri terrorçu Kürd fəhlə partiyası (PKK) ilə assosiasiya edir və bildirir ki, onlar ABŞ-dan aldıqları silahları Türkiyə tərəfə çevirə bilərlər. Son günlər Afrində baş verənlər bunu əyani şəkildə təsdiqlədi.
Ötən il ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Suriyadakı kürd dəstələrinə silah ötürülməsi prosesini tam dayandıracağına söz vermişdi. Pentaqon isə sonradan, kürdlərin silahandırılması prosesinin davam etdiyini bildirdi. Bu ilin yanvar ayında Qalın Makmasterlə telefon danışığı apardı və bundan sonra məlum oldu ki, Vaşinqton yenə kürdlərə silah verməyəcəyini vəd edib. Amma fevralın 1-də ABŞ Silahlı Qüvvələri Mərkəzi komandanlığının başçısı general Cozef Votel bəyan etdi ki, Vaşinqton «Suriya demokratik qüvvələri» koalisiyasına (kürd dəstələri də buraya daxildir) dəstək verməkdə davam edir. Guya, bunlar «İslam dövləti» ilə mübarizə aparırlarmış. Ancaq bundan az əvvəl ABŞ, Suriyada «İslam dövləti» qruplaşmasının darmadağın edildiyini car çəkmişdi. Belədə, məntiqi sual yaranır: ABŞ və onun Suriyada dəstəklədiyi ünsürlər kiminlə vuruşurlar və ya vuruşmaq fikrindədirlər?
Məsələ aydındır – ABŞ sadəcə, aldadır!
Digər xəbərlər
loading...