Dünyanın bütün milli çempionatlarını əhatə edən ən uzun seriyaların siyahısı açıqlanıb
MilliYol.Azapasport.az-a istinadən xəbər verir ki, müxtəlif göstəricilər üzrə davam edən 10 ən böyük seriyalar arasında Azərbaycan təmsilçiləri də yer alıb.
Öz meydanında keçirdiyi matçlarda 2 və ya daha çox qol buraxmamaqda "Qarabağ" dünyanın 1 nömrəsidi. "Qəbələ" ilə Premyer Liqanın XV turunun görüşdən də seriyasını sürdürən Qurban Qurbanovun yetirmələri 0:0 hesablı bərabərliyə nail olub.
Ağdam klubu son 33 ev oyununda 1-dən çox qol buraxmır. Bu göstəriciyə isə bütün dünya həsəd aparır. "Qarabağ" son turdakı nəticə ilə şəriki olduğu İsrail "Hapoel"ini (Beyer-Şeva) arxada qoyub. Lakin bu gün "Aşdod"la görüşəcək Beyer-Şeva klubu yenidən çempionumuza çata bilər.
Qurbanovun komandasını evdəki çempionat oyununda 1 dəfədən artıq məyus edən sonuncu klub "Sumqayıt" olub. "Gənclik şəhəri" təmsilçisi 2015-ci il dekabrın 16-da meydan sahiblərinin qapısına 2 dəfə yol tapıb - 2:2. Həmin matçdan sonrakı 789 gündə 24 quru oyun keçirən "Qarabağ" yalnız 9 qarşılaşmada qapısında 1 top görüb.
"Qarabağ" kimi "Zirə" və "Kəpəz" də ilk "onluq"larda yer alıblar. Gəncə təmsilçisi evdəki məğlubiyyət sayında 5-ci (7 məğlubiyyət), paytaxt klubu səfər matçlarında 3-dən artıq qol vurulmayan 7-ci (24 oyun) komanda adına şərikdi. Amma bu klubların ikisi də son turda seriyasını artıra bilməyib. Çünki "Kəpəz" səfərdə, "Zirə" evdə oynayıb.
Digər xəbərlər
loading...