«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ötən bazar günü İran özünün yeni «Qədr» adlı ballistik raketini nümayiş etdirib. Xəbəri «Fars» agentliyi yayıb
Uçuş məsafəsi 2 min kilometr olan və maye yanacaqla işləyən raket islam inqilabının 39-cu ildönümü tədbirləri çərçivəsində, Tehranda geniş ictimaiyyətə təqdim olunub. Raket müxtəlif hədəfləri vurmaq üçün bölünən başlıqla təchiz oluna bilir. Onun atışı həm hərəkət edən qurğu vasitəsilə, həm də şaxtadan həyata keçirilə bilir. Raket öz hərəkətini radardan «gizlədən» sistemlə təchiz olunub.
Tədbirin gedişində həm də yaxın məsafəli «Fəcr-5» raketinin yeni modifikasiyası və «Tufan 2-M» idarə olunan tank əleyhinə raket də təqdim olunub.
Bundan başqa, tədbirin gedişi zamanı İranın «Fateh» sinifli sualtı qayığı da nümayiş olunub. Hazırda bu qayıb orduya verilməzdən əvvəl, son sınaq mərhələsini keçir.
Agentliyin məlumatına görə, inqilabın ildönümünə həsr olunmuş tədbirlərdə ölkə boyu milyonlarla insan iştirak edir.
Digər xəbərlər
loading...