Müğənni Natavan Həbibi "Zaurla Günaydın" verilişinin qonağı olub
PİA.AZ axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl reper əri Səid Əliyevdən (Dado) ayrılan sənətçi övlad sahibi olmaq istədiyi deyib.
Natavan aparıcı Zaur Baxşəliyevin "Səndən nə gözəl ana olardı? Bir də getdi ərə getməyin. Necə ana olacaqsan ki..." sualına belə cavab verib:
"Ərə getdim, daha bəsdir. Qismətdir, kimdə necə yazılıb elə də ana olacaq. Hərə bir cür ana olur... İndi toy şəkillərinə baxa bilmirəm. İnstaqram-da qabağıma çıxanda pis oluram. Heç nəyə heyfslənmirəm. Mən bunu yaşadım. Toyumda ən xoşbəxt insan idim. Ürəyimdə nə var idisə hamısını o toyda gerçəkləşdirdim. Hər şey toya qədər ürəyimcə idi. Toydan sonra gördüm o deyil. Neçə il idi tanış idik. Münasibət başlayandan 1 ay sonra "həri", nişan, sonra toy".
Qeyd edək ki, Natavan və Dado ötən ilin iyulunda ailə qurub. Bir neçə aydan sonra isə cütlük ayrıldı. Dekabrda onlar yenidən barışdıqlarını bildirmişdi. Bu günlərdə isə Natavan birdəfəlik ayrıldıqlarını açıqlayıb.
Digər xəbərlər
loading...