Meyxanaçı Namiq Qaraçuxurlu eks sevgilisi xalq artisti Aygün Kazımovanın onu “ATV maqazin onlarla” verilişində “Hit-parad” rubrikasından çıxarmasına münasibət bildirib
Axşam.az-ın məlumatına görə, sənətçi Kazımovanı başa düşmədiyini söyləyib:
“Mənim haqqımda atdığı addımlara bacardığım qədər fikir vermirəm. Ona şərh vermək istəmirəm. Düzünü, yalanını özü bilər. Mənə şəfa diləməyi ilə onluqdan çıxarması üst-üstə düşmədi. Kim nə edirsə özü və Allahı bilsin”.
Namiq Aygünün “Namiq Miri Yusifin mahnısında sözləri başa düşmədiyini deyir. Nə danışırsan? Gedib ən uğurlusuna sataşır” sözlərinə də cavab verib:
“Şadam ki, Aygün artıq sözlərə də dəyər verməyə başlayıb. Hərə öz işi ilə məşğul olsa, yaxşıdır. O da Aygünün fikridir... Elə cümlələr var ki, Azərbaycan dilindən xəbəri olmayana, qramatika bilməyənə yaxın gəlir”.
Digər xəbərlər
loading...