PKK terror təşkilatının Suriyadakı kəşfiyyat işlərindən məsuliyyətli üzvü olan “Cudi Amed” kod adlı terrorçu fevralın 5-də Hasekedə öldürülüb
ABŞ-ın PKK-ya silah-sursat yardımlarını koordinasiya edən terrorçu təşkilatın “qara qutu”su adlanırdı.
2014-cü ildən başlayaraq, ABŞ-ın Suriyaya göndərdiyi silah-sursatı təhvil alan “Cudi Amed” bölgəyə 2012-ci ildə Qəndildən (PKK terror təşkilatının əsas qərargahı, Şimali İraqda yerləşir –red.) göndərilib. PKK-nın Türkiyədə həyata keçirdiyi bir çox terror hücumlarının əmrini verən “Cudi Amed” təşkilatın Suriya qanadı olan PYD-nin “kölgə lideri” kimi tanınırdı.
Məlumata görə, “Cudi Amed” ilk olaraq 1990-cı illərdə Almaniya və Belçika kəşfiyyatı tərəfindən xüsusi hazırlanıb. 2013-2014-cü illərdə isə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindən təlim alıb. Nəşr qeyd edir ki, terrorçu Suriyanın kəşfiyyat qurumu olan “Əl-Muhaberat” və iranlı səlahiyyətliləri ilə PKK-nın əlaqələrini təmin edirdi.
Onun Hasekedə amerikalı səlahiyyətlilərlə hərbi düşərgədə görüşdən sonra öldürüldüyü bildirilir. “Cudi Amed” Hasekenin Əbu Raseyn qəsəbəsindən keçərkən 4 mühafizəçisi ilə birlikdə hücuma məruz qalıb. Ona hücum edənlərin kimliyi barədə məlumat verilməyib.(Publika.az)
Digər xəbərlər
loading...