Rusiyanın Ermənistandakı "Erebuni" aviabazasının MİQ-29 qırıcı təyyarələri və "Mİ-24P", "Mİ-8MT" hərbi helikopterləri təlimlər zamanı şərti düşmənin hərbi aerodromunu məhv ediblər
RİA Novosti bildirir ki, bunu jurnalistlərə Rysiya Cənub Hərbi Dairəsi mətbuat xidmətinin rəisi Vadim Astafyev deyib.
"Dağlıq ərazinin mürəkkəb meteoroloji şəraitində keçirilən uçuşlar zamanı helikopterlərin ekipajları şərti düşmənin aviasiya texnikasına, aerodromun infrastruktur obyektlərinə zərbələr endirib, uçuş-eniş zolağını sıradan çıxarıb", - deyə Vadim Astafyev bildirib.
Məlumata görə, təlimlər zamanı ekipajlar 20-dən çox təyyarə və helikopter uçuşlarını həyata keçirərək, döyüş tapşırıqlarını uğurla yerinə yetiriblər.
Təlimlər gündüz və gecə saatlarında keçirilib.
Digər xəbərlər
loading...