Bazar ertəsi, 20 Avqust 2018
USD : 1.7
EUR : 1.996
Hava
+34 ° Baku
+28 ° Quba
+28 ° Qusar
+32 ° Gəncə
+31 ° Lənkəran
+36 ° Naxçıvan
+33 ° Salyan
+31 ° Şəki

Politoloq: “Kreml İrəvanı başa sala bildi”


Politoloq:Ermənistanın NATO təlimlərindən imtina etməsi birbaşa Rusiyanın istəyi ilə bağlıdır”

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. 

Politoloqun sözlərinə görə, Kreml bu məsələ ilə bağlı İrəvana çox ciddi qulaqburması verib:

“NATO təlimlərinin hamısı Rusiyaya yaxın bölgədə - gah Polşada, gah Ruminiyada, yəni Şərqi Avropa ölkələrində həyata keçirilir. NATO-nun getdikcə Rusiya sərhədlərinə doğru irəliləməsi Moskvanı çox narahat edir. Üstəlik, NATO keçirilən təlimlərə vaxtilə Sovet İttifaqına daxil olmuş ölkələri də cəlb etməyə çalışır. Ukrayna və Gürcüstan ardıcıl olaraq bütün təlimlərdə iştirak edir. Nə qədər təəccüblü olsa da, bundan əvvəlki iki təlimdə Ermənistan da iştirak etdi. Ancaq indi Ermənistan mətbuatından hiss olunur ki, Ermənistan AB ilə yaxın tərəfdaşlıq sazişinin imzalanmasından bir növ peşmançılıq çəkir. Çünki Kreml bunu durmadan Ermənistanın başına vurur. Görünür, Ermənistan artıq Rusiyanın tənqidlərindən nəticə çıxarıb. Bir növ Moskvanın istəkləri istiqamətində hərəkət edən İrəvan Rusiya-NATO qarşıdurmasının getdikcə kəskinləşdiyini nəzərə alaraq Alyansın təlimlərindən imtina edib”.

Politoloq bildirib ki, NATO-nun Baltik dənizindən tutmuş Qara dənizə qədər böyük bir ərazidə yerləşdirdiyi qoşun hissələri və hava hücumundan müdafiə sistemlərinin hamısı Rusiyanın Avropaya hücum ssenarisinə uyğun olaraq aparılır:

“Ermənistan belə bir şəraitdə NATO-nun təlimlərinə qatılsaydı, bu, açıq-aşkar Rusiya əleyhinə getmək olardı. Görünür, İrəvan gec də olsa, bunu başa düşüb və Rusiyanın güclü təzyiqləri fonunda geri çəkilməyə məcbur olub. Üstəlik, Sərkisyan hakimiyyət uğrunda ciddi mübarizə aparır. Ancaq müxalifət və Ermənistan əhalisi bundan tamamilə narazıdır. Hətta açıq hiss etdirməsə də, Rusiya da Sərkisyanın əleyhdarı kimi görünür. Moskva Karapetyanı müdafiə edir. Belə bir kövrək keçid dövründə Sərkisyanın NATO hərbi təlimlərinə qoşulması onun siyasi həyatına bir növ yekun vura bilərdi. Onsuz da ona qarşı daxildə ciddi hücumlar var. Burada Kremlin də müəyyən hərəkətlərinin əlavə edilməsi gözləniləndir”.

Qeyd edək ki, İrəvan NATO-nun Ermənistanda “Qılınc qoruması 2018” təlimindən və orada iştirak etməkdən imtina edib.
Etiket:

Vacib xəbərlərimizdən Poliqon İA (PİA.az) Teleqram-kanalından xəbər tutun.


Populyar xəbərlər

Geosiyasət

Korrupsiya

Elm və Texnologiya

Din və Mistika

Araşdırma

Media