BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda meşə ehtiyatlarının inkişafını dəstəkləməkdə davam edəcək
Bunu Trend-ə FAO-nun tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Melek Çakmak deyib.
M.Çakmakın sözlərinə görə, FAO Qlobal Ekologiya Fondu (GEF) və Azərbaycan hökuməti ilə birgə ölkənin meşə ehtiyatlarının monitorinqi layihəsinin reallaşdırılmasına başlayıb: "Layihə Azərbaycanın meşə ehtiyatlarının inventarlaşdırılmasını həyata keçirməyə imkan verəcək. Sonuncu dəfə bu proses SSRİ dövründə, 1988-ci ildə keçirilmişdi".
Digər xəbərlər
loading...