APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib
V.Nebenzya bildirib ki, bu dialoq təkcə hər iki ölkə üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün vacibdir.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Xeylinin “Rusiya dəyər və davranışlarını dəyişməyənə kimi ABŞ-ın dostu olmayacaq” fikrinə münasibət bildirən Rusiya təmsilçisi deyib ki, Rusiyanın kiminləsə dost olmağa ehtiyacı yoxdur: “ Biz istəmirik ki, kimsə bizi sevsin. Biz sadəcə, mədəni əlaqələr qurmaq istəyirik”.
Vasili Nebenzya hazırda ABŞ və Rusiya arasında əlaqələrin yaxşı getmədiyinə toxunub və bunda Rusiyanın günahı olmadığını vurğulayıb.
Digər xəbərlər
loading...