Yayılan video kadırlardan da partlayışın necə dəhşətli olması görünür.
Xatırladaq ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 24 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına və Şirvan Şəhər Diaqnostika Mərkəzinə yerləşdirilib.Tibb müəssisələrinə yerləşdirilən şəxslərdən 14-nə ambulator yardım göstərilərək evə buraxılıb, digər 7 nəfərin vəziyyəti yüngül, 3 nəfərin isə orta ağır qiymətləndirilməklə müalicələri davam etdirilir.
Zavodun iki əməkdaşı - Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızı dünyasını dəyişib.
MilliYol.Az dəhşətli partlayışdan görüntüləri təqdim edirik:
MilliYol.Az