Xəbər verdiyimiz kimi Bayıl yamacında sürüşmə zonasında aktivlik müşahidə edilir
Əraziyə yaxin məsafədə yaşayan sakin Elməddin Muradli musavat.com-a bildirib ki, sürüşmə Teleqüllədən 200-300 metr aşağıda baş verib. Nəticədə yamacdaki evlərdən bəziləri yararsız hala düşüb, işıq dirəkləri aşıb:
"Hazırda əraziyə Səbayel Rayon İcra hakimiyyətinin əməkdaşları, polislər və digər müvafiq qurumların əməkdaşları cəlb olunublar. Əhali isə təhlükə olduğu üçün yaxına buraxılmır".
Əlavə məlumat verəcəyik.
****
“Bayıl yamacında sürüşmə prosesində aktivlik müşahidə edilir”.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
R.Həsənov bildirib ki, hazırda aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədir: “Ciddi problem olduğunu deyə bilərik. Əraziyə baxış keçirildiksən sonra hadisənin detalları ilə bağlı əlavə məlumat veriləcək”.
* * * *
Bakıda Bayıl yamacında sürüşmə baş verib.
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Ə.Qaralov bildirib ki, hazırda ekspedisiyanın əməkdaşları sürüşmə ərazisinə yollanıb: “Əlavə məlumat veriləcək”.
Yerli sakinlər APA-ya bildirblər ki, sürüşmə nəticəsində 5-6 evə ziyan dəyib, işıq dirəkləri aşıb. Ərazidə sürüşmə prosesi davam edir.
Digər xəbərlər
loading...