ABŞ prezidenti Donald Tramp demokratların Rusiyanın seçkilərə müdaxiləsinə dair hazırladıqları məxfi sənədin dərc edilməsini bloklayıb
APA-nın TASS agentlyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı dövlət başçısının hüquq məsləhətçisi Don Makqen Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsini məlumatlandırıb.
Qeyd edilib ki, milli təhlükəsizliyin təmin edilməsi baxımından sənədin dərc edilməsi məqsədəuyğun deyil.
Fevralın 6-da ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsi demokratların hazırladığı “Rusiya işi” üzrə məxfi sənədin dərc edilməsinin lehinə səs verib. Donald Tramp beş gün ərzində sənədin dərci ilə bağlı qərar verməli idi.
Bundan əvvəl, fevralın 2-də respublikaçı konqresmenlər Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən Donald Trampın komandasının Rusiya ilə əlaqələrini araşdırarkən səlahiyyətlərini aşdıqlarına dair məruzə yayıb.
Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyitərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.
Digər xəbərlər
loading...