“WhatsApp” smartfonla xidmətlər və pullara görə ödəniş həyata keçirmək üçün “WhatsApp Pay” xidmətini işə salıb
Oxu.Az xəbər verir ki, bu barədə Telecomtalk.info saytında məlumat yayılıb.
“WhatsApp” yeni funksiyasının sınağını Hindistanda həyata keçirir.
“WhatsApp Pay” kommersiya hesabları istisna olmaqla, istifadəçilərə messencerin digər istfadəçilərinə, pul köçürməyə imkan verəcək.
Artıq əlavənin beta-versiyasını iOS və Android əməliyyat sistemləri dəstəkləyir. Hələlik pul köçürmələri yalnız “WhatsApp Pay” pul kisələri arasında mümkün olacaq.
Gələcəkdə funksiyanın digər pulköçürmə sistemləri ilə əlaqələndirilməsi planlaşdırılır.
Hələlik “WhatsApp Pay”in nə vaxtdan digər ölkələrdə istismara veriləcəyi açıqlanmır.
Digər xəbərlər
loading...