Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələrindən olan “Sirr” (Azərbaycan hekayələri) kitabı Almaniyada işıq üzü görüb
Nu barədə "Report"a Tərcümə Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Müasir Azərbaycan ədəbiyyatının Cəlil Məmmədquluzadə, Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Kamal Abdulla, Etimad Başkeçid, Orxan Fikrətoğlu kimi ədəbi simalarının hekayələri toplanmış kitabı alman dilinə alman və avstriyalı tərcüməçilər – Luts Engel, Helqa Pabl, Sena Doqan, Hilda Tanik, Marion Kubin-Semyonova, Valtraut və Volfram Şröderlər çevirib.
Kitabın redaktoru Hans-Yürgen Maurer, “Ön söz”ün müəllifi Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartmandır.
Almaniyanın “Hans-Yürgen Maurer” nəşriyyatında nəşr edilmiş kitabın yaxın vaxtlarda Almaniya və Avstriya şəhərlərində təqdimatı keçiriləcək.
Digər xəbərlər
loading...