Azərbaycan vətəndaşları ilə müqayisədə əcnəbilər daha çox bilet əldə ediblər
Bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar xarici ölkələrdə təbliğat işləri aparılır.
"Report"un məlumatına görə, bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai açıqlama verib.
O, bildirib ki, ötənilki Azərbaycan Qran Prisi Bakı treki üçün çox böyük reklam olub. Arpadarai bilet satışından razılıq ifadə edib: "2017-ci ildə təbliğat baxımından çox faydalı yarış keçdi. Əvvəlki iki illə müqayisədə bilet satışında böyük artım var. Ənənəvi olaraq, ən çox bilet alanlar Rusiya vətəndaşlarıdır. İkinci yerdə isə Böyük Britaniyadır. Azərbaycan vətəndaşları ilə müqayisədə əcnəbilər daha çox bilet əldə ediblər. Alıcıların çoxu Avropa ölkələrindəndirlər. Flarmoniya tribunasına olan biletlər tükənmək üzrədir. Azərbaycan vətəndaşları əsasən yarışın başlamasına bir ay qalmış bilet alırlar".
Qeyd edək ki, Azərbaycan Qran Prisi 27 - 29 apreldə keçiriləcək.
Digər xəbərlər
loading...