Beynəlxalq Bankda kadr dəyişikliyi baş verib
“AccessBank”ın keçmiş icraçı direktoru Aynur Süleymanlı karyerasını Azərbaycan Beynəlxalq Bankının baş direktoru təyin olunub.
A.Süleymanlı, "AccessBank"da çalışmazdan əvvəl 4 il beynəlxalq şirkətdə marketinq tədqiqatları sahəsində çalışıb. 2005-ci ildə "AccessBank"da İnsan resursları üzrə mütəxəssis vəzifəsində fəaliyyətə başlayıb və İcraçı direktor vəzifəsinədək yüksəlib.
A.Süleymanlı Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. "Heyətin idarə edilməsi" ixtisası üzrə bakalavr və magistr dərəcəsinə malikdir. O, Azərbaycan Banklar Assosiasiyasının "Tədris strategiyaları və İnsan Resursları üzrə" ekspert qrupunun da sədridir.
Digər xəbərlər
loading...