Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı son hesabat açıqlanıb
Virtualaz.org bildirir ki, Türkiyə Baş Qərargahının yaydığı məlumata görə, bu gün səhər başlayan əməliyyatlar nəticəsində Türkiyənin Hatay bölgəsi ilə sərhəddə daha iki kənd azad edilib. Beləliklə, əməliyyat çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 42-yə çatıb.
Məlumatda o da deyilir ki, Afrində keçirilən "Zeytun budağı" antiterror əməliyyatı başladığı gündən 1062 terrorçu zərərsizləşdirilib.
Bundan başqa, son məlumata görə, terrorçuların silah-sursat dolu 19 mühüm obyekti də məhv edilib.
Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.
Digər xəbərlər
loading...