“Bakı hər zaman idman yarışlarının keçirilməsində maraqlı olub və xüsusi təşəbbüslər göstərib”
Axar.az xəbər verir ki, bu sözləri Fransa millisinin heyətində dünya çempionu olan Kristian Karambö Dünya Çempionatı kubokunun təqdimetmə mərasimində deyib.
“Mən Bakıya gəlməkdən çox məmnunam. Bakı həmişə idman tədbirlərinin keçirilməsində maraqlı olub və təşəbbüs göstərib. Qeyd etmək lazımdır ki, Bakı həddən artıq müasir şəhərdir. Azərbaycandan söz düşmüşkən futbolunu da qeyd etmək lazımdır. Bildirmək istəyirəm ki, milliniz Prosineçkinin rəhbərliyi altında yaxşı çıxış etdi. Bizim bu dünya kuboku uzun məsafələr qət edib və artıq Bakı 16-cı şəhərdir ki, kubokla səfər edirik. Səfərimizin uzun olması bizi kubokun bütün futbolsevərlərə nümayişdən çəkindirməyib”.
Digər xəbərlər
loading...