Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, araşdırmalarla onun Həsənabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəşad Abdullayev olduğu məlum olub. Baxış zamanı onun üzərindən 55 qram marixuana aşkar edilib.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan əlavə olaraq 1 kiloqram 445 qram marixuana və müvafiq sənədləri olmayan “TOZ-8” markakı tüfəng də aşkar edilib. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.
Digər xəbərlər
loading...