Müğənni İzzət Bağırzadə sənəti ilə bağlı maraqlı açıqlamalar verib
Lent.az-ın məlumatına görə, “APA TV”nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, müğənnilik sənətində olmasaydı, yaxşı rəssam olardı: “Mən Bülbül adına məktəbdə tar sinfini bitirmişəm. Yaxşı da tar çalırdım. 9-cu sinifdən sonra mən məktəbdə ixtisasımı ikiləşdirdim. Əlibaba Məmmədovun sinfində xanəndəlikdən, Ziya Bağırovun sinfində isə vokaldan dərs aldım. 1991-ci ildən sonra başladım oxumağa, tar qaldı 2-ci planda. Müğənni kimi sevildimsə, tar çalan kimi elə də populyar ola bilməzdim. Çünki indi elə tar çalanlarımız var ki, onların qarşısında tar çala bilmərəm. Mən uşaqlıqda əla şəkillər çəkməyi bacarırdım. Hətta insan şəkilləri də çəkirdim. Evdə divarlara şəkillər yapışdırırdım, cürbəcür boyalarla rəngləyirdim. Bəlkə də müğənni olmasaydım, Azərbaycanda 6-7 rəssamdan biri mən olardım. Tale belə gətirdi ki, müğənni oldum".
Digər xəbərlər
loading...