Anar Məmmədov Qolf Federasiyasından gedib
“Azərbaycan Qolf Federasiyası fəaliyyətini dayandırıb. Çoxdandır ki, federasiyanın qapıları bağlıdır”. Bu barədə Modern.az-a federasiyanın keçmiş işçiləri məlumat verib.
Keçmiş işçilər bildirib ki, federasiya heç beynəlxalq yarışlara da qatıla bilmirdi.
“Federasiya fəaliyyətini qurumun rəhbəri Anar Məmmədovun (eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu-red.) işinin başında olmamasından sonra dayanıb. Çünki Qolf Federasiyası dövlət büdcəsindən maliyyələşməyib. İşçilər də bir neçə ay əmək haqqı almadıqdan sonra işə çıxmaqdan imtina ediblər. İş ondadır ki, Anar Məmmədovun federasiyadan uzaqlaşdırılması üçün xüsusi iclas da keçirilməyib. Hətta, bizdə olan məlumata görə, federasiyanın çoxlu borcu var”.
İşçilər Qolf Federasiyasının yenidən təşkil oluna bilməsindən da söz açıblar.
“Yaxın vaxtlarda yeni rəhbərliyin federasiyaya gətirilməsi ilə adıçəkilən qurum işini bərpa edə bilər. Biz də yeni rəhbərlik seçiləcəyi barədə məlumat eşitmişik. Sadəcə kimliyindən xəbərsizik”.
Xatırladaq ki, 2011-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun yaratdığı Azərbaycan Qolf Federasiyası rəsmi qeydiyyatdan keçib və iş adamı Anar Məmmədov bu federasiyanın prezidenti seçilib. Qolf idman növü 2016-cı ildə Rio-de Janeyro şəhərində keçirilən olimpiya oyunları siyahısına salınıb. Anar Məmmədovun hazırda Londonda yaşadığı söylənilir.
Digər xəbərlər
loading...