Kürdəmir rayonunun Xırdapay kənd sakini 1999-cu il təvəllüdlü Təbriz Nazim oğlu Qasımov avqustun 23-də III qrup üzrə ali məktəblərə keçirilən qəbul imtahanında 700 bal toplayıb.
MilliYol.Az "Region TV"yə istinadən xəbər verir ki,Kürdəmirdə bu vaxtadək ilk dəfə olaraq maksimum nəticə göstərən Təbriz Qasımov rayonun 2 saylı məktəb liseyində təhsil alıb. Körpəlikdən idmanla məşğul olan Təbriz 5-ci sinifdən dərslərinə xüsusi diqqət yetirməyə başlayıb. O, valideyinlərinin məsləhətinə həmişə qulaq asıb.
"Mən həmişə demişəm ki,oxuyanlay yaxşı yerlərdə olurlar. Sən də yaxşı oxusan səsin yzaqlardan gələr, mən də fəxr edərəm" deyə Təbriz Qasımovun atası Nazim Qasımov bildirib. Təbriz, bu uğuru qazanmasında valideyinləri qədər müəllimlərinin də, böyük zəhmətinin olduğunu bildirir. İmtahanın nəticələrini gözləməyin həyacanlı olduğunu deyir.
"Ürəyim qıslırdı ki, necə cavab gəlib çıxmır. Nəhayət cavab gəldi çıxdı. Telefonu götürdüm, başladım rəqəmlərə arxa tərəfdən baxmağa.00 gördüm. Sonra fikirləşdim ki, 600 olmaz, 700 olar,7-yə baxmadım. Gördüm həqiqətən 700-dür. Evdəkilər sevindi, konkret uçurduq" deyə Təbriz Qasımov bildirdi. Təbrizin təhsil aldığı məktəbin kollektivi onun bu uğurunu Kürdəmir üçün böyük nailiyyət hesab edirlər. Gələcəkdə bu cür şagirdlərin yetişdirilməsi üçün əllərindən gələni edəcəklərini deyirlər.
"Biz bununla kifayətlənmirik, gələckdədə bu uğurların sayını daha da artacağımıza söz veririk. İnşalah bu cür yüksək bal toplayan məzunların sayını artacağına ümid eliyirik" deyə məktəb direktoru Elnur Məmmədli bildirib.
Ümumilikdə isə,bu təhsil ilində Kürdəmirdə 979 nəfər məzun adını qazanıb. Ali məktəblərə qəbul olmaq üçün sənəd verən 490 nəfər abituriyentdən 209-u tələbə adını qazanıb. Onlardan da 40 nəfər 500-599 arası, 10 nəfər 600- 699 arası, 1 nəfər 700 bal toplayıb.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...