Tacikistan Qırğızıstan vətəndaşları və tacik sərhəd xidməti əməkdaşlarının iştirakı ilə baş vermiş insidentdən sonra Qırğızıstanla sərhədi birtərəfli qaydada bağlayıb
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Kulundu-avtodorojnıy” nəzarət buraxılı məntəqəsi beynəlxalq buraxılış məntəqəsi olduğundan tətbiq olunan məhdudiyyət üçüncü dövlətlərin vətəndaşlarına şamil olunmur və onlar dövlət sərhədini həmin məntəqədən keçə bilir.
“Bundan başqa, Tacikistan sərhədçilər Batken vilayətinin Say Leylək rayonunda sərhəddə yerləşən körpünü bağlayıb, ərazidə hərbçilərin sayı artılıb”, - deyə Tacikistan Dövlət Sərhəd Xidmətinin nümayəndəsi bildirib
Hazırda hər iki ölkənin sərhəd xidmətinin nümayəndələri məsələ ilə bağlı görüş keçirir.
Digər xəbərlər
loading...