Bazar ertəsi, 20 Avqust 2018
USD : 1.7
EUR : 1.996
Hava
+34 ° Baku
+28 ° Quba
+28 ° Qusar
+32 ° Gəncə
+31 ° Lənkəran
+36 ° Naxçıvan
+33 ° Salyan
+31 ° Şəki

Bəstəkar Cavanşir Quliyevin kitabı çap olunub


Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin “Günəşin musiqi dəftəri” kitabının nəşri başa çatdırılıb və musiqisevərlərin ixtiyarına verilib

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, günəşlə bağlı 11 adda əsərin daxil edildiyi məcmuə uşaq musiqi məktəblərində yuxarı sinif şagirdlərinin tədrisi üçün nəzərdə tutulub. Əsərlərin audio variantı hazırlanaraq CD şəklində kitaba əlavə edilib.

Kitab “Prestij-N” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan uşaq musiqi məktəblərinə və kitabxanalara paylanılacaq.
Etiket:

Vacib xəbərlərimizdən Poliqon İA (PİA.az) Teleqram-kanalından xəbər tutun.


Populyar xəbərlər

Geosiyasət

Korrupsiya

Elm və Texnologiya

Din və Mistika

Araşdırma

Media