ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini hər rüb, yəni, 2018-ci ildə 4 dəfə artıra bilər
"Report" "Investing.com" saytına istinadən xəbər verir ki, bu ehtimal hazırda 50% təşkil edir.
FED-in monetar siyasətini daha da sərtləşdirməsinə səbəb kimi analitiklər makroiqtisadi amilləri əsas gətirirlər. Belə ki, yanvar ayında ABŞ-da 200 min yeni iş yeri açılıb, əmək haqlarında artım 0,3% olub. İnflyasiya isə sürətlənməkdə davam edir. Dekabrda inflyasiya göstəricisi FED-in hədəfi olan 2% həddini ötüb və 2,1% təşkil edib.
"Report"un analitik qrupu bildirir ki, qlobal bazarlar üçün hazırda qeyri-müəyyənlik təşkil edən iki amil yaranıb. Bunlardan birincisi FED-in yeni rəhbəri Cerom Pauelin (Jerome Powell) monetar siyasətlə bağlı mövqeyi, ikincisi isə ABŞ-da həyata keçirilən vergi islahatlarının iqtisadiyyata təsir dərəcəsidir. Tədricən bu iki amilin iqtisadiyyata təsiri müşahidə olunacaq və bu da qlobal maliyyə bazarlarına öz istiqamətini müəyyənləşdirmək imkanı verəcək. Dolların məzənnəsi, fond birjaları, faizlər və xammal qiymətləri ABŞ iqtisadiyyatının 2018-ci ildə inkişaf perspektivlərindən birbaşa asılı olacaq.
Digər xəbərlər
loading...