Rəsmi Ankara müttəfiqlərini PYD və YPG terrorçularına qarşı aparılan "Zeytun budağı" əməliyyatını dəstəkləməyə çağırıb
Trend-in məlumatına görə, Xarici İşlər Nazirliyinin müşaviri Hami Aksoy bildirib ki, Türkiyə son qələbəyə qədər terrorçularla mübarizə aparacaq və bu addımlar beynəlxalq hüquq çərçivəsində atılır.
O vurğulayıb ki, Suriyanın Afrin bölgəsində hərbi əməliyyatlar Türkiyənin təhlükəsizliyinin təmin edilməsinə istiqamətlənib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Digər xəbərlər
loading...