ABŞ-ın addımları Afrindəki vəziyyəti daha da gərginləşdirir, alovlandırır
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Oleq Sıromolotov Sputnik-ə açıqlamasında deyib.
“Təəssüflə qeyd etmək istəyirik ki, Suriyada yeni münaqişə ocağı yaranır. Məhz ABŞ-ın hərəkətləri bölgədə sabitliyin bərpasına mane olur. ABŞ-ın və Türkiyənin bölgədəki maraqları fərqlidir. Rəsmi Ankara bizə zəmanət verdi ki, türk ordusunun Afrindəki əməliyyatlarının Suriyadakı siyasi proseslə heç bir əlaqəsi yoxdur”, - Sıromolotov qeyd edib.
Rusiya ilə ABŞ arasında yeni təmasların qurulması haqda da danışan Sıromolotov bildirib ki, mövcud şəraitə rəğmən, tərəflər terrorla mübarizə məsələsində əməkdaşlıqlarını davam etdirirlər.
Digər xəbərlər
loading...