Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda baş verən hadisə nəticəsində yaralanan 20 nəfər gətirilib.
Bu barədə “Report”un bölgə müxbirinə xəstəxanadan məlumat verilib.
Yaralılardan birinin vəziyyəti ağırdır. Beş nəfər isə ambulator yardım göstərildikdən sonra evə buraxılıb.
Xəstəxanadan o da bildirilib ki, partlayış baş verən əraziyə gedən və gələn yollar tıxac olduğundan “Təcili yardım” maşınlarının hərəkətində ciddi problem yaranıb.
MilliYol.Az
Digər xəbərlər
loading...