Azərbaycan milli komandasının futbolçuları Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olduqları vaxt geniş anti-dopinq yoxlamasından keçiblər
"Report"un məlumatına görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, yoxlamanı Almaniya şirkəti futbolçular üçün gözlənilmədən aparıb.
Nəticədə daha 8 futbolçu qeydiyyata alınmış test qrupuna daxil edilib. Bununla da belə futbolçuların sayı 11-ə çatıb. Onların hamısı AMADA-ya məkan məlumatları verəcəklər.
Digər xəbərlər
loading...