Onun yüksək dozada narkotik vasitənin qəbulunun təsirindən ölməsi ehtimal edilir
Fevralın 6-da Pirallahı rayonunun S.Vurğun küçəsində yaşayan qəsəbə sakini İlya Lyaxın meyitinin mənzilində tapılması barədə daxil olan məlumat əsasında Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər aparılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Mənzilə baxış zamanı həmçinin içərisində narkotik vasitəyə bənzər maddə olan 5 bağlama və 2 büküm də aşkar edilib götürülərək ekspertizaya təqdim olunub.
Həmin bağlama və bükümlərdəki maddələrin çəkisi 1 kiloqram 116 qram heroin və 2 kiloqram 205 qram marixuana olması müəyyən edilib.
İ.Lyaxın yüksək dozada narkotik vasitənin qəbulunun təsirindən ölməsi ehtimal olunur.
Faktla bağlı cinayət işi başlanılıb.
Digər xəbərlər
loading...