ABŞ-ın məşhur IT şirkətlərindən biri – “Oracle” sanksiya siyahısına salınmış Rusiya neft-qaz sənayesindən olan müştərilərinə öz məhsullarını və xidmətlərini təqdim etmək şərtlərini sərtləşdirib
İKT.lent.az-ın xəbərinə görə, məhdudiyyətlər “Qazprom”, “Rosneft”, “Lukoil”, “Surqutnefteqaz” və digər şirkətlərə aiddir.
Proqram təminatı və hüquqi şəxslər üçün serverlər hazırlayan “Oracle” Vaşinqtonun yeni sanksiya tələbləri barədə rusiyalı tərəfdaşlarını məlumatlandırıb. Belə ki, şirkətin göndərdiyi məktubda sanksiya siyahısındakı fiziki və hüquqi şəxslərə dərin sularda və Arktik şelfdə şist layihələrinin kəşfiyyatı və ya hasilatı üçün texnologiya və xidmətlərin təqdim edilməsinin qadağan olunduğu bildirilir. Lakin maliyyə xidmətləri (sığorta, mühasibat uçotu) bura daxil deyil. Qadağa yanvarın 29-dan etibarən başlayan layihələrə şamil olunur. “Oracle” bəyan edib ki, sanksiyaların təsiri altına düşən sövdələşmələr dondurula və ya rədd edilə bilər. Şirkət məktubunda 283 şirkətin adını qeyd edib.
“Kommersant”a məlumat verən mənbə bildirib ki, “Oracle”ın proqram təminatı təqdim etməkdən tam imtinası Rusiya neft-qaz sənayesinə böyük zərbə vura bilər, çünki bu sahə hələ də xarici “soft”dan ciddi şəkildə asılıdır.
Qeyd edək ki, daha öncə “Microsoft” korporasiyası da rusiyalı müştərilərini sanksiyalar barədə məlumatlandırıb.
Digər xəbərlər
loading...