Rusiya özünün beşinci nəsil Su-57 təyyarələrinin döyüş sınaqlarına başlayır
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə nazirinin müavini Yuri Borisov söyləyib. Onun sözlərin görə, bu təyyarənin dövlət sınağının birinci mərhələsi artıq başa çatıb.
O, tezliklə, 12 Su-57 təyyarəsinin sifariş ediləcəyini, bunlardan ikisinin 2019-cu ildə ordunun tabeliyinə veriləcəyini bildirib.
Qeyd edək ki, Su-57 "Suxoy" birləşmiş konstruktor bürosu tərəfindən layihələndirilib, Т-50 şərti adı altında tanınır. Əsas üstünlüyü radara görünməməsidir. Bu təyyarə Rusiya Hərbi Hava Qüvvələrindəki Su-27 və MiQ-29-ları əvəz etmək üçün hazırlanır. Əsas rəqibləri Amerika F-22 və F-35 təyyarələri olan T-50 ilk uçuşunu 29 yanvar 2010-cu ildə edib.
Rusiya bu təyyarələrdən 1000 ədəd istehsal etməyi planlaşdırır.
Digər xəbərlər
loading...