Suriyanın Afrin bölgəsində Türkiyənin daha iki əsgəri şəhid olub
“Report” “Haberler”ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Bildirilib ki, hadisə Afrinin Bülbül rayonunun cənub-qərbində yerləşən Əl Maski məntəqəsində baş verib. Terrorçu İŞİD qruplaşması və PKK qruplaşmasının PYD və YPG adlı qollarının silahlıları həmin ərazidəki Türkiyə hərbçilərinə tankvuran silahla hücum ediblər. Hərbçilər cavab atəşi açıblar. Hücum nəticəsində Türkiyənin iki əsgəri şəhid olub.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri yanvarın 20-də Azad Suriya Ordusu ilə birlikdə Afrində “Zeytun budağı” adlı əməliyyata başlayıb.
Digər xəbərlər
loading...